Xəbərlər

“Bakının bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması yoluxucu xəstəliklərin yayılması riskini artırır” - Abid Şərifov
16 dekabr, 2016 23:20

“Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil”

“Son illər əhalinin sayının artması və dinamik inkişaf nəticəsində Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 11 noyabr tarixli Sərəncamına əsasən yaradılan işçi qrupunun ilk iclasına sədrlik edən baş nazirin müavini, işçi qrupunun üzvü Abid Şərifov bildirib.

Bunun bir sıra problemlər yaratdığını qeyd edən A. Şərifov bu sahədə mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması məqsədilə müvafiq qurumlardan rəylər alınaraq “Master Plan” hazırlandığını açıqlayıb:

“Paytaxtın bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır. Sonuncu güclü yağışlar paytaxtın Binəqədi rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində, habelə Abşeron rayonunda bir sıra ciddi problemlər yaradıb. Bu problemlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi olduqca mühüm əhəmiyyət daşıyır”.

A.Şərifov Azərbaycan prezidentinin diqqət və qayğısı nəticəsində son illərdə respublikamızın əksər bölgələrində içməli su-kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, bu, eyni zamanda, dövlətimizin başçısının əhalinin sağlamlığına verdiyi önəmin göstəricisidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.