Palmirada terrorçulara ağır zərbə
16 dekabr, 2016 22:46
Suriya hökumət qüvvələri Palmira şəhəri uğrunda gedən döyüşlərdə İŞİD-in 52 üzvünü zərərsizləşdirib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərbçilər partlayıcıların olduğu 5 avtomobil və silahlardan ibarət bir neçə nəqliyyat vasitəsini də ələ keçiriblər.
Suriya hərbi komandası öldürülən terrorçuların bəzilərinin əcnəbilər olduğunu bildirib.
Qeyd edək ki, İŞİD terror qruplaşması Palmiranı dekabrın 11-də işğal edib. Bu şəhərin işğalı prosesində təxminən 5 min döyüşçü iştirak edib. Onlar əsasən, Rəqqa, Deyr-əz-Zora və İraqdan gəlmələr olub.
Palmira Suriyanın paytaxtı Dəməşqdən 240 km məsafədə yerləşir. İşğala qədər 80 faiz yerli əhali şəhəri tərk edib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı