İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Mədrəsə qəsəbəsində işgüzar forum keçirib.
1news.az-ın məlumatına görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının yaradılması;
- pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1news.az