Putin və Ərdoğan Hələbdəki vəziyyəti müzakirə edib
14 dekabr, 2016 22:16
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
1news.az “Report”a istinadən xəbər verir ki, söhbət zamanı Suriyanın Hələb şəhərindəki hazırkı vəziyyət müzakirə olunub.
Türkiyənin Prezident Administrasiyasındakı mənbələrindən verilən məlumatlara görə, hər iki tərəf Hələbdə dinc sakinlərin və müxalifətin təhlükəsiz dəhlizlər vasitəsilə təxliyə olunması prosesinin tez bir zamanda başlaması üçün birgə səy göstərilməsi qərara alınıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlərə də toxunulub.
1news.az