Prezident İlham Əliyev Avstriya Respublikasının yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Van der Bellen,
Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının daha da möhkəmlənməsi, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi yolunda birgə səylər göstərərək ikitərəfli münasibətlərimizin inkişafına yeni töhfələr verəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
Prezident həmçinin İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Doris Loythardı da təbrik edib:
“Hörmətli xanım Loythard,
İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə İsveçrə arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
1news.az