Xəbərlər

“Azərbaycan Tələbə Kartı” yeni variantda təqdim edildi
14 dekabr, 2016 16:51

“Azərbaycan Tələbə Kartı” yeni variantda təqdim edilib.

1news.az-ın məlumatına görə, təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil nazirlikləri, həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Azərbaycan Tələbə Kartı” hazırlanaraq pulsuz paylanmasına başlanılıb.

“Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər Kartı ilə birgə buraxılması tələbələrə Azərbaycan ərazisi, eləcə də, Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai-iaşə obyektləri, kafe və restoranlar, otel və internet klublardan güzəştlə istifadə etmək imkanı yaradır. Bu kartlar Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə layihəsidir. 

Plastik kartın üzərində Avropa Gənclər Kartının loqosu var və ona uyğun olaraq kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində aşağıdakı 80.000-dən artıq və Azərbaycanda 200-dən artıq obyektdə 5%-dən 55%-ək endirimlər təklif edir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, "Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı ilə birgə buraxılır. Nazir vurğulayıb ki, Azərbaycan Tələbə Kartı sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində fəaliyyət məqsədi daşıyır.

Həmçinin tədbirdə çıxış edən Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov “Azərbaycan Tələbə Kartı” barədə ətraflı məlumat verərək digər ölkələrdən fərqli olaraq kartın tələbələrə pulsuz təqdim edildiyini vurğulayıb. “Avropanın bir çox ölkələrində tələbə kartı tələbələrə pul ilə paylanır. Amma Azərbaycan yeganə ölkədir ki, bu kart tələbələrə pulsuz təqdim edir. Bu kartlar bakalavr, magistr dərəcəsi olan tələbələri əhatə edəcək. Ümumilikdə kartlar 4 illik nəzərdə tutulur və kartlar təhsil bitənədək tələbələrin istifadəsində olacaq”- deyə, deputat əlavə edib.

Daha sonra çıxış edən rəsmi qonaqlar kartın tələbələr üçün mahiyyətini, bu kartın onların sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynadığını, həmçinin, gəncləri stimullaşdırma istiqamətində atılmış addımlardan biri olduğunu vurğulayıblar.

Tədbirin sonunda isə hər təhsil müəssisəsindən bir neçə tələbəyə kartlar təqdim edildi və növbəti günlərdə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan digər tələbələrin də bu kartla təmin olunacağı qeyd edilib.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.