Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanın İntellektual Birincisi" layihəsinin final mərhələsi başa çatdı.
Təşkilatdan 1news.az-a verilən məlumata görə, müxtəlif intellektual oyunlar üzrə qaliblər aşağıdakılar olublar:
"Vətəni tanı" intellektual oyunu
1-ci yer Nizami (Tural Mustafayev)
2-ci yer Balakən (Afər Qardaşov)
3-cü yer Zərdab (Aqil Məmmədov)
"Axtar-tap" intellektual oyunu
1-ci yer Binəqədi
2-ci yer Abşeron
3-cü yer Lənkəran
"Nə, harada, nə zaman?" və "Xəmsə" intellektual oyunları
1-ci yeri Abşeron,
2-ci yeri Yasamal
3-cü yeri Saatlı
Qalib gələn komandalar medallar, şəhadətnamə və dəyərli hədiyyələr ilə təltif olunublar.
Qeyd edək ki, İrəli İctimai Birliyinin silsiləvi layihələrindən olan "Azərbaycanın intellektual Birincisi" layihəsində 10 region, 66 rayon, 1109 gənc iştirak edib.
1news.az