İsmayıllıda 4.4 bal gücündə zəlzələ olub
13 dekabr, 2016 09:07
Azərbaycanda zəlzələ baş verib.
1news.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
1news.az