İlham Əliyev: “Yəhudi icması Azərbaycanın inkişafına böyük töhfə verir”
13 dekabr, 2016 15:59
“Yəhudi icması Azərbaycan cəmiyyətinin çox fəal bir hissəsidir və ölkənin inkişafına böyük töhfə verir”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.
O, baş nazirin bu gün yəhudi icması ilə görüşəcəyini də bildirib:
“Bu, ikitərəfli əlaqələrimizdə çox vacib amildir”.
1news.az