İcra başçısı ordenlə təltif edildi
13 dekabr, 2016 15:12
Azərbaycan Respublikası Prezidenti Quba rayon icra başçısı Məmmədov Yaşar Qəhrəman oğlunu təltif edib.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Məmmədov Yaşar Qəhrəman oğlu hazırda Quba rayon icra başçısıdır. O, 2010-2015-ci illərdə isə Ucra rayonuna rəhbərlik edib.
1news.az