Xəbərlər

“Kaspi” qəzetinin 135 illik yubileyi qeyd edilib - FOTO
12 dekabr, 2016 11:42

Bakı Əyləncə Mərkəzində “Kaspi” qəzetinin nəşrə başlamasının 135 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

1news.az Azərtac-a istinadən istinadən xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, kütləvi informasiya vasitələri rəhbərlərinin, media ekspertlərinin iştirak etdiyi tədbir “Kaspi” qəzetinin tarixindən bəhs edən filmin nümayişi ilə başlanıb.

Ölkəmizdə azad söz və mətbuat azadlığının bərqərar olmasında ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərindən danışan “Kaspi”nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, qəzetin yubileyinin keçirilməsi də məhz dövlətin KİV-ə olan diqqətinin göstəricisidir.

Sona Vəliyeva “Kaspi” qəzetinin Azərbaycan mətbuatının inkişafındakı tarixi rolundan, nəşrin 1918-ci ildə əldə edilən dövlət müstəqilliyimizin ideya bazasının formalaşmasındakı xidmətlərindən, onun ölkəmizin ikinci dəfə suverenliyinə qovuşmasından sonrakı fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, “Kaspi” milli ictimai fikrin formalaşmasında, milli istiqlal düşüncəsinin, milli birliyin, həmrəyliyin, milli təfəkkürün təşəkkülündə mühüm rol oynayıb.

Vurğulanıb ki, üç əsrin qəzeti olan “Kaspi” klassik ənənələrdən bəhrələnərək, çağdaş mətbuatın mütərəqqi prinsiplərini rəhbər tutaraq müasir medianın sevilən, oxunan nümunəsini yaradıb və bu gün işini uğurla davam etdirir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev mətbuatımızın bütün dövrlərdə milliliyini, tarixi ənənələrini və əsas prinsiplərini qoruduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bunu “Kaspi” qəzetinin timsalında görmək mümkündür.

Azərbaycan mediasının ötən dövrdə zəngin və şərəfli yol keçdiyini vurğulayan V.Əliyev indi milli mətbuatımızın yüksəliş mərhələsini yaşadığını qeyd edib. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan mətbuatının tarixində dərin iz buraxmış “Kaspi” qəzetinin fəaliyyətindən danışıb, cəmiyyətdə ictimai fikrin formalaşmasında bu nəşrin xidmətlərini qeyd edib. Bildirib ki, “Kaspi” qəzeti tarixi ənənəsini layiqincə qoruyub saxlayır və inkişaf etdirir.

Sonra Sona Vəliyevaya Azərbaycan Mətbuat Şurasının diplomu təqdim edilib.

Həmçinin qəzetin əməkdaşlarının bir qrupuna “Kaspi”nin mükafatları verilib.

Tədbir bədii hissə ilə davam edib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.