Britaniyada azərbaycanlı alim-filoloq, professor Azad Məmmədovun elmi araşdırması dərc edilib.
1news.az-ın məlumatına görə, “Diskursun subyektivliyi və tərcümə : funksional- koqnitiv yanaşma” adlı əsaslı araşdırma-məqalə tərcüməşünaslığın aktual problemlərinə həsr olunub.
Məqalədə faktiki dil materialı kimi ingilis qəzet mətnlərinin Azərbaycan və rus dilində tərcüməsi təhlil olunur.
Elmi araşdırma Böyük Britanianın məşhur “Routledge” nəşriyyatı tərəfindən çap olunan “Asia Pasific Translation and İntercultural studies” jurnalının yenicə işıq üzü görmüş buraxılışında çap olunub.
Qeyd edək ki, professor A.Məmmədov hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin içracı direktoru vəzifəsində çalışır və Azərbaycan multikulturalizm modelini təhlil edərək ölkə daxilində və xaricdə təbliği və təşviqatını təmin edir.
Alim həm də Azərbaycan Dillər Universitetinin Ümumi Dilçilik kafedrasının müdiri vəzifəsində çalışır və müasir ingilis dilinin mütəxəssisidir.
1news.az