“Azad Suriya Ordusu Əl-Baba yaxınlaşıb” - Nazirdən açıqlama
09 dekabr, 2016 23:30
Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib:
“Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb. Qısa müddət ərzində buradakı əməliyyatın tamamlanması nəzərdə tutulur. Menbiç şəhərinə bizim və ABŞ əsgərlərindən ibarət dəstə göndərilib. YPG-nin Fərat çayının şərqinə keçdiyindən əmin olanadək səylərimizi davam etdirəcəyik”, - deyə M.Çavuşoğlu bildirib.
1news.az