İlham Əliyev Keniya Prezidentini təbrik edib
10 dekabr, 2016 18:48
Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və rifah diləyirəm".