Bakıda uçqun: “Azəriqaz”ın işçiləri yaralandı
09 dekabr, 2016 19:58
Paytaxtın Sbunçu rayonunda uçqun olub.
1news.az APA-ya istinadən xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində güclü külək yol kənarındakı hasarı uçurub.
Hadisə zamanı ərazidə işləyən “Azəriqaz”ın işçiləri – 1968-ci il təvəllüdlü Ədalət Əliyev, 1986-cı il təvəllüdlü Natiq Mustafayev və 1965-ci il təvəllüdlü Hücaət Hüseynov xəsarət alıblar.
Yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərləri isə orta ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1news.az