Məlum olduğu kimi Azərbaycanda Rektorlar Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Hazırda cəmiyyəti maraqlandıran əsasən suaallardan biri bu Şuranın fəaliyyət hədəfinə nəyin daxil olduğudur.
1news.az xəbər verir ki, məsələ Təhsil Nazirliyi və 1 News Agentliyinin birgə layihəsi olan “Təməl” proqramında müzakirə edilib.
Veriliş qonaları Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı olub.
C.Cəfərov bildirib ki, bir çox ölkələrdə bu sistem var və Azərbaycanda da bununla bağlı təşəbbüslər irəli sürülməsi təqdirəlayiqdir:
“Ali təhsilin yükünü sadəcə dövlətin üzərinə qoymaq düzgün deyil. Təhsilin koordinasiyalı idarə edilməsi və lazım olan məsələlərin həll edilməsində bu təşəbbüs uğurlu ola bilər”.
H.İsaxanlı öz çıxışında Təhsil Nazirliyi və universitetlər arasında, universitetlərlə iş dünyası və cəmiyyət arasında arasında duran bir təşkilat olmalıdır:
“Rektorlar Şurası və buna bənzər sistemlərin olduğu ölkələrdə keyfiyyətli təhsilin olduğunu görərik”.
Verilişi aşağıdakı videodan izləyə bilərsiniz:
Fərid Ədalət