Xəbərlər

Ermənilər Müslüm Maqomayevin “erməni köklərini” aşkarlayıb
08 dekabr, 2016 20:27

Kökləri dinozavrlara gedib çıxan, bəşəriyyətə “ərik bəxş edən” “qədim xalq” söylədikləri yalanın ən yüksək zirvəsinə çatıb.

Bu dəfə “dahi ermənilərin” İsa peyğəmbər, Leonardo da Vinçi, Napaleon və digər tarixi şəxsiyyətlərin olduğu “möhtəşəm yalanlar siyahısında” Müslüm Maqomayevin adı da salınıb.  

Bu gün “Novosti Armeniya” saytının verdiyi məlumata görə, SSSR-inin Xalq artisti, məşhur müğənni Müslüm Maqomayevin (1942–2008)  sən demə “erməni kökləri” varmış.

Agentlik “Severnaya Osetiya” nəşrinə istinadla qeyd edir ki, sovet estradasının ustadı, milyonların pərəstişkarı Vladiqafqaz dairəsinin rəisi İvan Xancalovun nəvəsi imiş.

 “Müğənninin anası – sovet teatr aktrisası Ayşət Əhməd qızı Maqomayeva Kincalova təxəllüsü ilə də məşhur imiş. Müslüm anasının əslən Maykopda doğulduğunu qeyd edib. Onun atası milliyətcə türk, anası isə yarı adıgey, yarı rus imiş. Bununla yanaşı müğənni xatırladır ki, anası Terek kazak qoşunu polkovniki Xancalovun nəvəsi idi. Polkovnik İvan Aleksandroviç Xancalov olduqca görkəmli şəxsiyyət olub. O, 1856-cı ildə Həştərxan vilayətinin zadəganları, erməni-qriqoryan dini inancından idi”.

“Hələlik Maqomayevin anasının İvan Xancalovun nəslindən hansı qola mənsub olması aydın deyil. Ola bilsin onun oğlanlarından birininn qızıdır. Belə olan halda Maqomayevin anasının türk olmasını söyləmək uyğun deyil. Ola bilsin Müslüm ulu babası haqda düzgün məlumata sahib deyildi. Aydındır ki, onun anası sovet dövründə şah polkovnikinin nəvəsi olduğunu söyləməsi  mümkün deyildi”, - “dahi ixtiarçılar” sözlərinə davam edir.

Ermənilərin bu cür “tədqiqatlar” aparması lazım deyil. Bu gün və ya sabah hansısa erməni “tarixçi” “elmi faktlarla” Müslüm Maqomayevin sadəcə olaraq “erməni köklərə” sahib olduğunu deyil, elə əsl erməni olduğunu bildirsə təəccüblənmərik.

Yalanın, özü də erməni yalanlarının sərhədi tükənməzdir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.