Avropa İttifaqı Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanı ləğv edib
08 dekabr, 2016 14:49
Avropa İttifaqı Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanın ləğv olunması haqqında qərar qəbul edib.
1news.az Report-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası və Avropa Parlamenti Gürcüstan və Ukraynaya vizasız rejimin hansı halda dayandırılacağı mexanizmi barədə də razılığa gəlib.
İki qurum arasında əldə edilən razılığa əsasən, üçüncü ölkə Gürcüstana və Ukrayanaya tətbiq edilən vizasız rejimdən sui-istifadə edərsə, o zaman bu mexanizm avtomatik qüvvəyə minəcək.
1news.az