Xəbərlər

Səbaildə ilk dəfə püstə bağı salınır
08 dekabr, 2016 13:53

Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə vaxtı ilə Azərbaycanda, o cümlədən Abşeron yarımadasında çox geniş yayılmışdı.

Bu ağacın əsl vətənlərindən biri də məhz Abşeron hesab edilir. Yarımada  püstə ağacının normal inkişaf edib, bol məhsul verməsi üçün çox əlverişli şəraitə malikdir.

Lakin təəssüflər olsun ki, bir zamanlar Bakının bir çox qəsəbə və kəndlərində məhsuldar və faydalı bitki kimi istifadə edilən bu qiymətli bitkiyə hazırda Abşeronda nadir halda təsadüf olunur.

Qədim ənənələri bərpa edərək püstəni öz qədim vətənində əkilməsini genişləndirmək, həmçinin yerli iqlimə uyğunluğunu nəzərə alaraq ərazinin yaşıllaşdırılmasında istifadə etmək məqsədi ilə ilk dəfə olaraq Səbail rayonu “Şıx” yamacında salınan və hazırda ümumi sahəsi 29 hektara çatan “Ekoloji park”ın ərazisində əkilmiş şam ağacları ilə yanaşı ilkin olaraq 1 hektar sahədə Səbail Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə püstə bağının salınması qərara alınıb.

Yamacda təcrübə qaydasında xaricdən gətirilən tinglər əkilərək onlara daimi qulluq göstərilməsi və damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib. Ağacların inkişaf prossesı normal olduqdan sonra isə bu ərazıdə yaradılan Abşeronda ilk püstə bağı daha da genişləndiriləcək.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.