Dekabrın 7-də səhər saatlarında İndoneziyanın qərbində yerləşən Açi əyalətinin Pidicaya rayonunda baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində 18 nəfər həlak olub. Bu barədə rayon rəhbərinin müavini Said Mulyadi məlumat verib.
S.Mulyadinin sözlərini sitat gətirən Detik.com saytı yazır:
“Onlarla sakin zəlzələ nəticəsində uşmuş binaların altında qalıb”.
S.Mulyadi əlavə edib ki, hazırda Pidicaya rayonuna çatan ağır texnikanın köməyi ilə dağıntıların altında qalmış insanların axtarış-xilasetmə əməliyyatına başlanılıb. Yerli relyefin mürəkkəb quruluşu axtarış işlərinə çətinlik yaradır.
İndoneziyanın Milli Meteorologiya, Klimotologiya və Geofizika İdarəsinin məlumatına görə, zəlzələnin episentri Pidicaya rayonunun sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
İndiki ana qədər seysmoloqlar 4,8 bal gücündə 5 afterşok qeydə alıblar.
RİA Novosti