Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
1news.az xəbər verir ki, bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib.
Buenos-Ayres Olimpiadasının proqramına karate ilə yanaşı, idman rəqsləri və dağadırmanma növləri də daxil ediləcək.
Yeniyetmələrin qarşıdakı Olimpiya Oyunlarının proqramında karate yarışları oğlan və qızların hər birində 3 çəki dərəcəsində, eləcə də kata çıxışları üzrə keçiriləcək.
Argentinanın paytaxtında təşkil ediləcək nəhəng idman turniri 2018-ci il oktyabrın 1-dən 12-dək keçiriləcək. Beləliklə, yeniyetmə karateçilər böyüklərdən əvvəl Olimpiya Oyunlarının iştirakçısı olacaqlar.
1news.az