Xəbərlər

DAA-nın vitse prezidenti Yaponiyanın “World Investors TV”-də Azərbaycandan danışıb
07 dekabr, 2016 17:50

Dekabr ayının 5-də Yaponiyanın paytaxtı Tokio şəhərində “World Investors TV” internet kanalının canlı yayımında Yaponiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı və Azərbaycan diasporu mövzusunda fikir mübadiləsi aparılıb.

1news.az-a Assableyasının mətbuat xidmətindən verilən xəbərə görə, veriliş Dünya Azərbaycanlılarə Assableyasının (DAA) Yaponiya nümayəndəliyinin və “World Investors TV”-nin birgə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.

Verilişin aparıcısı eyni zamanda prodüseri, yaponiyalı biznesmen Kazuyasu İşidanın suallarını cavablandıran Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya ölkələri üzrə vitse prezidenti, Yaponiya nümayəndəliyinin sədri Əlibəy Məmmədov vurğulamışdır ki, Yaponiya və Azərbaycan ikitərəfli münasibətlərinin inkişafında xüsusilə son iki il əvəzsiz rol oynamışdır. DAA vitse-prezidenti qeyd etmişdir ki, hər iki ölkənin yüksək rütbəli siyasi və biznes adamlarının qarşılıqlı səfərlərinin, iki ölkə arasında həm mədəni, həm iqtisadi və həm də siyasi sahədə mübadilələrin sayının artması, hər iki ölkənin bir-birinə verdiyi dəyərin təcəssümüdür. O bildirmişdir ki, hər iki ölkə bir-birinə qarşılıqlı hörmətlə bağlıdır.

Ə. Məmmədov xüsusilə diqqəti 2016-cı ilin mart ayında baş tutmuş, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Yaponiya səfərinə yönəltmişdir. O bildirmişdir ki, Əli Həsənovun Yaponiya səfəri Yaponiya ictimaiyyətində və mediasında çox böyük maraqla və diqqətlə qarşılanmışdır. Bu səfərin nəticəsi olacaq Yaponiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə daxil olacağına ümidlər bəslənilmişdir.

Ə. Məmmədov eyni zamanda 2016-cı ilin İyun ayında Rəşad Quliyevin sədrliyi ilə Almaniyada yaradılmış Dünya Azərbaycanlıları Assamblyesı haqqında geniş məlumat vermişdir. O qeyd etmişdir ki, DAA qısa müddət ərzində nəinki Azərbaycana bütün dünyaya səs salan bir quruma, Azərbaycanın döyünən ürəyinə çevrilmişdir. DAA-da Azərbaycanı sevən, onun xalqına, hakimiyyətinə dərin hörmətlə yanaşan, Azərbaycan adını bütün dünyada şərəflə, qürurla tanıdan, onun yolunda canından belə keçməyə hazır olan, Azərbaycanın mərd oğul və qızları cəmləşmişlər. Onlardan bir çoxları elm adamları və biznesmenlərdir. Bugün biz DAA-nın sayəsində Azərbaycanın daha da artan imicinin şahidi oluruq.

Ə. Məmmədov 2017-ci ilin Fevral ayında Almaniyanın Köln şəhərində DAA-nın təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Forumunun keçiriləcəyinin və bu forumun böyük əhəmiyyət daşıyacağını vurğulamışdır. O, həm də forumla bağlı rəsmi müraciəti efirdə səsləndirmişdir.

Kazuyasu İşida isə öz növbəsində qeyd etmişdir ki, son 3 ildə təxminən 20 dəfə Azərbaycanda səfərdə olub. Bu müddət ərzindən 400 nəfərdən çox yaponiyalı biznesmeni Azərbaycana aparmışdır. Onlardan çoxu artıq bugün Azərbaycanla real olaraq biznes əlaqələrinin genişlənməsində xüsusi rol oynamaqdadırlar.

K. İşida onu da bildirmişdir ki, 2016-cı ilin Aprel ayında Yaponiyanın Okinava prefekturasından Azərbaycanın tarixi və mədəni, qədim mərkəzlərindən biri olan Naxçıvana yaponiyalı biznesmenlər, deputatlar və ziyalılardan ibarət təxminən 40 nəfərlik nümayəndə heyətilə səfərdə olmuşlar. Naxçıvanda kifayət qədər xoş qarşılandıqlarını qeyd edən İşida şəhərlərimiz arasında olacaq qardaşlaşma işində bundan sonra da yaxından iştirak etmək istədiyini dilə gətirmişdir.

Verilişdə o da qeyd edilmişdir ki, bugün artıq Yaponiya bazarında Azərbaycan balı, narı, şərabı öz layiqli yerini tapmaqdadır. Gələcəkdə bu işlərin daha da intensivləşəcəyinə inamla yanaşılmışdır.

Bu həmyerlimiz Ə. Məmmədovun verilişdə ilk çıxışı olmamışdır. Buna qədər Azərbaycanın bayraq günü, konstitusiya günü, dirçəliş günü, həmrəylik günü, 20 Yanvar hadisələri, Dağlıq Qarabağ ətrafında 4 günlük müharibə və eyni zamanda Azərbaycanın biznes mühitindən bəhs edən verilişlərdə dəfələrlə fəxri qonaq qismində iştirak etmişdir.

Qeyd edək ki, verilişdə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun Yaponiya səfərindən və eyni zamanda DAA-nın Köln forumunu əks etdirən şəkillər də nümayiş edilmişdir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.