İlham Əliyev İndoneziya prezidentinə başsağlığı məktubu göndərib
07 dekabr, 2016 16:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın prezidenti Coko Vidodoya başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubuda deyilir:
“Hörmətli cənab Prezident,
İndoneziyanın Açex vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”
1news.az