YouTube-da ən məşhur videobloqerlərin bu il əldə etdikləri gəlirlərin toplam məbləği 70,5 milyon dollardır.
1news.az milli.az-a istinadən xəbər verir ki, ötən il olduğu kimi, bu il də ən çox qazanan videobloqer isveçli Feliks Çelberqdir.
YouTube-da “PewDiePie” niki ilə tanınan bu vloqerin illik gəliri 15 milyon dollardır.
Kanalın linki - https://www.youtube.com/user/PewDiePie/featured
2-ci yeri “Markiplier” nikli letspleyer və oyun şərhçisi Mark Fişbax tutub. Onun gəliri 5,5 milyon dollardır.
Kanalın linki - https://www.youtube.com/user/markiplierGAME
Reytinqdə 3-cü yerdə “HolaSoyGerman” nikli çilili komik, musiqiçi, müğənni və yazıçı Erman Qarmendiya 5,5 milyon dollarla qərarlaşıb.
Kanalın linki - https://www.youtube.com/user/HolaSoyGerman
Amerikalı müğənni, komediya ustası və aktrisa, “Miranda Sings” kimi tanınan Kollin Bollincer 5 milyon dollarlıq gəlirlə 4-cü yerdədir.
Kanalın linki - https://www.youtube.com/user/mirandasings08
1news.az