Devid Bekhem çağırış etdi: Uşaqlara qarşı şiddətə son qoyun - VİDEO
06 dekabr, 2016 12:12
Keçmiş ingilis futbolçu Devid Bekhem UNİCEF-in uşaqlara qarşı zorakılığıa diqqət çəkmək üçün çəkdiyi reklam filmində oynayıb.
1news.az xəbər verir ki, “Uşaqlara qarşı şiddətin izi əsla silinməz” şüarı ilə çəkilən video-çarxda şiddət hadisələri Bekhemin bədənində döymə animasiyaları ilə canlandırılıb.
Bununla da uşaqlara edilən zorakılığın izlərinin və acı xatirələrinin onlar böyüdükcə bədənlərində daima qaldığı izah edilib.
Həmin videonu izləyək:
Fərid Ədalət