Rusiyalı müğənni Dima Bilan qondarma “erməni soyqırımı” haqda mahnıya klip çəkdirməyə hazırlaşır.
Bu haqda o, Muz TV telekanalına Moskvada İlin mahnısı konsertinə səs yazıları zamanı verdiyi müsahibədə bildirib.
Aristin sözlərinə görə, mahnı hazırdır, klipin çəkilişləri başlayıb. Klipin bir hissəsi Ağrı dağı ətrafında çəkilib. Qalan hissə isə Mosfilmdəki çəkiliş meydançasında həyata keçəcək.
“Bu mövzu mənə təkcə tarixdən bəlli deyil. Ana tərəfdən ulu nənəm Şüşən Tiqranovna Kruni 13 yaşı olarkən qaçlb. Onu Türkiyədən Rusiyaya qaçan dindarlar xilas edib. Təəsüflər olsun ki, ulu nənəm mən dünyaya gəlmədən öncə vəfat edib. Anamın sözlərinə görə, ulu nənəm həyatı boyu yaxınlarını axtarıb, onlardan soraq ala bilməyib”, - Bilan bildirib.
Erməni KİV-nin məlumatına görə, klip 2017-ci ilin aprelində – qondarma “erməni soyqırımı”nın102-ci illiyi zamanı işıq üzü görməsi planlaşdırılır.
Qeyd edək ki, 2016-cı ilin martında İrəvanda konsertdə iştirak edərkən “Sisernakaberde”də - qondarma “erməni soyqırımı” qurbanlarının xatirə abidəsini ziyarət edib.
Dima Bilan – rusiyalı müğənni və aktyordur. O, 2009-cu ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibidir.
1news.az