Sosial şəbəkədə tələyə düşdü, pulları əlindən çıxdı - VİDEO
06 dekabr, 2016 11:15
Dostunun saxta profilindən yazaraq pul lazım olduğunu dedilər. O isə inanaraq bank kartını kodunu həmin şəxsə göndərib.
1news.az “Xəzər TV”yə istinadən xəbər verir ki, bu hadisə Qobustan sakini Nəriman Qəhrəmanovun başına gəlib.
O, bank kartının şifrəsini verdikdən sonra bunun dostu yox dostunun saxta profilini yaradan başqa biri olduğunu anlayıb. Lakin, artıq çox gec olub. Çünki həmin şəxs 270 manatı kartdan çəkib.
Ekspertlər isə bildirir ki, hətta sosial şəbəkədə sizə yazanın dostunuz olduğunuza əmin olsanız belə bank məlumatlarınızı verməyin.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1news.az