Xəbərlər

SAM-ın Litvada “Bakı-Tbilisi-Qars Dəmiryolu xətti: Gözləntilər və imkanlar” kitabı nəşr edilib
06 dekabr, 2016 11:03

Bu günlərdə Litvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici auditoriya üçün hazırladığı növbəti nəşr – “Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar” (Baku-Tbilisi-Kars Railroad: Future Opportunities and Prospects) kitabı geniş tirajla ingilisdilli oxuculara təqdim olunub.

1news.az-a SAM-ın mətbuat xidmətindən verilən xəbərə görə, Vilnüsdəki Mikolas Romeris Universitetində çap olunmuş həmin kitabın müəllifləri Stateji Araşdırmalar Mərkəzinin elmi işçisi Mahir Hümbətov və Litvanın Mikolas Romeris Universitetinin doktoru, Valiunas Elleksin hüquq şirkətinin partnyeru Evaldas Klimasdır. Litvalı alim bir müddət əvvəl Bakıda elmi ezamiyyətdə olmuş, Azərbaycan Respublikasının iqtisadi imkanları və logistika potensialı ilə bağlı Strateji Araşdırmalar Mərkəzində tədqiqatlar aparıb.

Müəlliflər kitab üzərində işləyərkən Azərbaycanın müvafiq dövlət qurumlarında, özəl şirkətlərində materiallarla tanış olmuş, yerli mütəxəssislər və beynəlxalq maliyyə təşkilatlarının ekspertləri ilə səmərəli fikir mübadiləsi aparmışlar. Həmin tədqiqat işində Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Azərbaycan Respublikası və region dövlətləri üçün strateji əhəmiyyət daşıması xüsusilə vurğulanmış, onun istismarı nəticəsində digər ölkələrin də iqtisadi və kommunikasiya imkanlarının genişlənməsi məsələləri əhatə olunmuşdur. Qeyd edilmişdir ki, Çin Xalq Respublikasının «Böyük İpək Yolu İqtisadi Kəməri» təşəbbüsünün reallaşdırılmasında həmin nəqliyyat sisteminin perspektivli hissəsi kimi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xətti mühüm  əhəmiyyətə malikdir. Onun istismarı transsərhəd nəqliyyat sisteminə daxil olan infrastrukturların, o cümlədən dəniz limanlarının da inkişafına səbəb olacaqdır. Müəlliflər Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin geniş istismar imkanlarına malik olması, bu potensialın TRASEKA layihəsi, Litva, Ukrayna və Belarusun ortaq “Vikinq” beynəlxalq dəmiryolu marşrutu ilə əlaqələndirilməsi perspektivlərini təhlil etmişlər.

“Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar” kitabında Bakı Beynəlxalq Hava Limanı və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı kimi azad iqtisadi zonaların perspektivləri, Litvanın bu istiqamətdə təcrübəsinin tətbiq imkanları  da araşdırılmış, Azərbaycanda dövlət və özəl iqtisadi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi və səmərəsinin artırılması məqsədilə təşkilati islahatların və yerli qanunvericilikdə müvafiq dəyişiklərin əhəmiyyəti məsələsinə də toxunulub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.