Azərbaycanın Belarusdakı səfiri geri çağırılıb
06 dekabr, 2016 18:59
İsfəndiyar Vahabzadə Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycannın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.