“ASAN Wi-Fi” sisteminin təkmilləşdirilməsi ilə bağlı maraqlı ideyanın qalibi mükafatlandırılacaq.
1news.az xəbər verir ki, ideyalar İdeya Bankına (www.ideyabanki.com; www.ideya.az) göndərilməlidir:
Göndərilən ideya üzrə tələblərlə aşağıdakılardır:
- Ziyarətçiləri wifi-dan istifadəyə cəlb etməlidir.
- Ziyarətçiləri reklamın kontentini diqqətlə izləməyə sövq etməlidir.
- Şirkətləri məhz ASAN Wi-Fi vasitəsilə reklam yerləşdirməyə həvəsləndirməlidir.
- ASAN Wi-Fi şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üçün ictimai obyektləri əməkdaşlığa təşviq etməlidir.
İdeyaların qəbulu mərhələsi 30 dekabr 2016-cı il tarixinə kimi davam edəcəkdir. Müsabiqənin müddəti göndərilən ideyaların keyfiyyətindən asılı olaraq uzadıla bilər.
Ən yaxşı ideya sahibinə 1000 AZN mükafat veriləcək.
İdeya əsaslandırılmalı və izahedici olmalıdır. İdeya lazımı qədər əhatəli, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah edilməlidir.
Qeyd edək ki, “ASAN Wi-Fi” sistemi ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetdən istifadə imkanlarının təmin edilməsi məqsədilə yaradılıb.
1news.az