Azərbaycanla Pakistan arasında sərmayə qoyuluşu və biznes imkanları müzakirə edilib
05 dekabr, 2016 22:43
Dekabrın 5-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan ilə görüşüb.
1news.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin hazırkı yüksək səviyyəsinin iqtisadi müstəvidə də münasibətlərin inkişafına geniş imkanlar açdığı vurğulanıb.
Söhbət zamanı qarşılıqlı ticarətin səviyyəsinin artırılması, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, ticarət, tranzit, eləcə də sənayenin müxtəlif sahələrində əməkdaşlığın önəmi qeyd olunub.
1news.az