Çində 1912-ci ildə batan məşhur “Titanik” gəmisinin eynisi hazırlanır.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, iki illik hazırlıqdan sonra “Replika Tutanik” adlanacaq bu gəminin inşasına başlanılıb.
Uzunluğu 269 metr, eni 28 metr olacaq gəminin inşası 145 miylon dollara başa gələcək.
Gəminin layihəsi 1912-ci ildə batan gəmi ilə eyni olacaq. Bu nəhəng gəmidə rəqs zalı, tetar, üzgüçülük hovuzu, əyləncə məkanı, lüks otaqlar, restoranlar və s. yerlər olacaq.
Maraqlısı budur ki, gəmi səfərlər təşkil edilmək üçün deyil, muzey olaraq istifadə edilməsi nəzərdə tutulub. “Replika Titanik” Çinin Dayinq şəhərindəki çay sahilində lövbər salacaq.
Layihənin 2018-ci ildə yekunlaşması nəzərdə tutulub.
Qeyd edək ki, 1912-ci il 15 aprel tarixində Atlantik Okeanında batan “Titanik” gəmisindəki 2223 sərnişində 1514 nəfər ölmüş, 710 nəfər xilas edilmişdi.
Bu faciəvi hadisə ilə bağlı 1997-ci ildə eyniadlı film çəkilmiş və baş rollarından Leonardo DiKaprio və Keyt Uinslet oynamışdı.
Fərid Ədalət