Özbəkistanın yeni prezidenti müəyyənləşdi
05 dekabr, 2016 15:59
Özbəkistan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş prezident seçkilərinin nəticəsini açıqlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, ölkənin yeni prezidenti Şövkət Mirziyeyev olub.
O, seçkilərdə 88,61 faiz səs toplayıb. Seçici fəallığı 86,62 faiz təşkil edib.
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. O vəfat etdikdən sonra baş nazir Şövkət Mirziyeyev prezident səlahiyyətlərini icra edirdi.
1news.az