Azərbaycanlı aktrisa xərçəngə tutuldu - VİDEO
05 dekabr, 2016 13:54
Əməkdar artist, aktrisa Kəmalə Müzəffərin səhhətində problem yaranıb.
1news.az ATV-yə istinadən xəbər verir ki, aktrisa “10-dan sonra” verilişində xərçəng xəstəliyinə tutulduğunu deyib: “Dəri xərçəngi xəstəliyi dioqnozu qoyulub. Bir neçə dəfə əməliyyat keçirmişəm. Hazırda həkim nəzarətindəyəm. Bu səbəbdən çəkilişlərə fasilə verdim”.
Qeyd edək ki, Kəmalə Müzəffər ATV-də yayımlanan "Vicdan haqqı" serialında baş rollardan birini ifa edir.
C.A