Xəbərlər

Avstriyada keçirilən təkrar prezident seçkilərində namizədlərdən heç biri favorit deyil
04 dekabr, 2016 14:05

Dekabrın 4-də Avstriyada təkrar prezident seçkiləri keçirilir. Bu, son səkkiz ayda üçüncü prezident seçkisidir.

Seçkidən əvvəl əhali arasında aparılan sorğunun nəticələrinə görə, Yaşıllar partiyasının dəstəklədiyi müstəqil namizəd Aleksandr Van der Bellen və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) namizədi Norbert Hofer arasında gedən mübarizədə şanslar bərabərdir.

Bu il mayın 22-də keçirilən prezident seçkilərinin ikinci turunda namizədlər arasında səs fərqi çox cüzi olmuşdu. A.Van der Bellen 30 min 863 səs çoxluğu ilə qələbə qazansa da, FPÖ Konstitusiya Məhkəməsinə şikayət edərək, 70 minədək seçki vərəqəsinin düzgün hesablanmadığını əsaslandıra bilmiş və seçkinin nəticəsinin ləğv edilməsinə müvəffəq olmuşdu. Oktyabrın 2-nə təyin olunmuş təkrar prezident seçkiləri isə məktubla səs verən seçicilərə göndərilən zərflərdə texniki nasazlığın müəyyən edilməsi üzündən dekabrın 4-ə təxirə salınmışdı.

Seçkilər 6,4 milyon Avstriya vətəndaşı səsvermə hüququna malik olsa da, səsvermədə fəallıq gözlənilmir. Səkkiz ay davam edən yorucu seçki kampaniyası sanki namizədlərlə bərabər seçicilərdən də yan keçməyib.

Prezident seçkilərinin ilkin nəticələri yerli vaxtla saat 17-də elan olunacaq. Seçkinin nəticəsindən asılı olmayaraq, seçicilər təxminən bərabər səviyyədə iki qütbə bölünüb. Bir tərəfdə “Brexit”dən ruhlanan, “ümumi Avropa evi“ məfkurəsinə qarşı çıxana, miqrantlar və qaçqınlara qarşı restriktiv qanunların qüvvəyə minməsini tələb edən radikal-sağçı düşərgənin təmsilçisi Norbert Hofer, digər tərəfdə isə Avstriyanı Avropa İttifaqı tərkibində vacib üzv ölkə kimi görən, Avstriyanı bu ölkədə yaşayan insanların birgə vətəni hesab edən, müxtəlif iqtisadi layihələr sayəsində ölkədə məşğulluğun səviyyəsinin qaldırılmasına çalışan Aleksandr Van der Bellen dayanır.

Seçkinin nəticəsi istənilən halda Avropada gələcək siyasi gedişata ciddi təsir göstərəcək. Avropanın bütün radikal partiyaları bu seçkilərə böyük ümidlər bəsləyirlər. “Brexit”in təşəbbüskarı Nigel Farac seçkilərdə N.Hoferin qələbə qazanacağı təqdirdə “Öxit”in - Avstriyada da Avropa İttifaqından çıxmaqla bağlı referendumun keçirilməsini növbəti məntiqi addım olacağını bildirib.

AZƏRTAC

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.