XX-ci əsr Azərbaycana kifayət qədər istedadlı və dünya şöhrətli rəssamlar bəxş edib. Abşeron rənkarlıq məktəbinin yetirmələri adlarını bəşəriyyətin rəssamlıq tarixinə həkk etməyi bacarıb.
1news.az ATV-yə istinadən xəbər verir ki, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə və başqaları bir çox maraqlı rəsm əsərləri ilə dəfələrlə yerli və əcnəbi sənətsevərləri valeh edib.
Azərbaycanlı rəssamların əsərləri neçəyə satılır?
Məlumdur ki, son bir neçə ildə Azərbaycanlı rəssamlardan Tahir Salahov, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Əşrəf Murad kimi məşhur rəssamlarımızın əsərləri dünyanın ən iri hərrac evlərindən biri “Sotbis” hərrac evində satışa çıxarılır. Məsələn 2013-cü ildə “Sotbis” hərracında satışa təqdim olunan Əşrəf Muradın “Napaleon” əsəri 200 min avro dəyərində qiymətləndirilib. Bu əsəri rəssam 1978-ci ildə çəkib. Elə həmin ildə “Sotbis” hərrac evində digər məşhur rəssam Cavad Mircavadovun “Şərq miniatürləri mövzusunda improvizasiyalar – Məkkəyə səyahət” rəsm əsəri təxminən 150 min dollara satılıb. Əsər ötən il dekabrın 1-də yenə də “Sotbis” hərracında 269 min funt sterliqə satılıb. Bu, təxminən yarım milyon manat deməkdir.
Tahir Salahovun “Aydan” əsərinin birinci variantı 1967-ci ildə çəkilib və hazırda Rusiyanın Tretyakov Qalereyasında qorunur. Hərracda baha qiymətə satılan əsər rəssamın 1980-ci ildə Tokiyo sərgisi üçün çəkdiyi “Aydan” əsərinin ikinci variantıdır. Maraqlıdır ki, Tahir Salahovun əsərləri hazırda neçəyə satılır? Sualımızı rəssamın ev-muzeyinin direktoruna ünvanlayırıq.
Daha ətraflı videodan izləyin:
1news.az
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/q-nW_ZbaUL8" frameborder="0" allowfullscreen></iframe>