Sosial mediada tez-tez milyonçuların uşaqlarının yaşadığı həyat tərzi və əyləncəsi ilə bağlı məlumatlar yayılır.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, növbəti material Baham adalarında yaşayan milyonçularla bağlıdır.
Avtomobilləri, helikopterləri, lüks evləri və digər bahalı əşyaları ilə diqqət mərkəzində olan bu milyonçu gənclər, sosial mediada tez-tez paylaşım edərək həyat tərzlərinin necə olduğunu nümayiş etdirirlər.
Lakin, onların bəzi paylaşımları sərt tənqidlərlə də üzləşir. Məsələn, pul dəstələrini tualet kağızı olaraq istifadə etmələri, kasıbların həyat tərzinə “yuxarıdan baxmaqları” və onları təhqir etməklərini nümunə göstərmək olar.
Tez-tez digər qitələrə də səyahətlər edən bu gənclər, atalarının sərvəti ilə fəxr edirlər.
Fərid Ədalət