Dekabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb.
1news.az-ın verdiyi xəbərə görə, dövlət büdcəsi layihəsi Milli Məclisin plenar sessiyasında müzakirəyə tövsiyə edilib.
Dövlət büdcəsinə plenar sessiyada dekabrın 6,7 və 8-də baxılacaq.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri isə - 16,6 milyard manat səviyyəsində proqnozlaşdırılır.
Proqnozlaşdırılır ki, 2016-cı illə müqayisədə dövlət büdcəsinin göstəriciləri 867 milyon manat və ya 5,2%, xərcləri isə - 1 milyard 895 milyon manat və 10,2% azalacaq.
1news.az