Dövlət İdarəçilik Akademiyasında “Xəzərin hüquqi statusu” adlı təlim keçirilib
01 dekabr, 2016 11:24
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Xəzərin hüquqi statusu"” adlı təlim keçirilib.
1news.az-a akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, DİA TGT “Politoloqlar Klubu”nun bu dəfəki qonağı coğrafiya elmləri doktoru, professor, akademiyanın İnzibati İdarəetmə fakültəsinin dekanı Çingiz İsmayılov olub.
Görüşdə Azərbaycanın haqlı mövqeyi vurğulanmış, Xəzərin statusunun həllinin uzanmasındakı siyasi, iqtisadi, tarixi və digər amillər təhlil edilib.
Tədbirdə tələbələr fikir mübadiləsi aparıblar.
1news.az