Xəbərlər

Qəbələdə sağlamlıq və gümrahlıq məkanı “Chenot Palace Health Wellness Hotel” - FOTO
01 dekabr, 2016 10:45

Sağlamlıq və gümrahlıq mütəxəssisi Anri Şeno Azərbaycanda müasir sağlamlıq və gümrahlıq məkanını təqdim edir. Mükəmməl detoks və gümrahlaşdırıcı Şeno metoduna əsaslanan yeni otel, heyranedici Qəbələdə möhtəşəm şam ağaclarının sükut və əmin-amanlığı ilə əhatə olunmuş Nohur gölünün sahilində yerləşir.

Əsas üstünlük

 “Chenot Palace”-in fəlsəfəsi mənzərə dilinə tərcümə oluna bilsəydi, o, Qəbələ regionunun meşələrinin əmin-amanlığı, göllərinin sükutu, şəlalələrinin enerjisi və təpələrinin zərifliyi olardı. Nəfəskəsici gözəllik ilə birgə, həm də sakitlik və enerjinin unikal kombinasiyasını təklif edən ideal bir məkan.

“Chenot Palace Health Wellness Hotel” aşıb-daşan şəhərlərin səs-küy və qayğılarından uzaqlaşmaq və gündəlik həyatın bizdən aldığı enerjini bərpa etmək, güc və enerji toplamaq üçün mükəmməl bir yerdir.

“Chenot Palace Health Wellness Hotel”-ə xoş gəlmisiniz!

Yeni məkanın açılması ilə birgə terapevtik yanaşma da genişlənib. Tibbi SPA mərkəzi 6000 kvadratmetri əhatə edir və bura ən son texnologiyalara uyğun diaqnostik-texniki avadanlıqlarla təchiz edilib. Güclü və unikal Şeno metodu müalicə protokolları ilə birgə ixtisaslaşmış mütəxəssislər hər bir qonağı onun şəxsi gümrahlığına uyğun olaraq fərdi proqramla təmin etməyə imkan verir.

Fiziki gümrahlıq üçün təchiz olunmuş qabaqcıl metabolizmin optimallaşdırılmasına nail olan Metabolizm Laboratoriyası ilə birgə təkmil İnsan fəaliyyəti şöbəsi; bütün bədənin krioterapiyası üçün  -110° C-lik kriokamera; fitnes skrinninq üçün İdman laboratoriyası, anti-qravitasiya texnologiyaları və Normobaric Hipoksik (azaldılmış oksigen) mövcuddur.

İndividual gümrahlıq proqramı məhz doktor Anri Şenonun 45 ildən çox müddətdə təkid və səylə çalışmasının nəticəsidir. Bu metodlar şəxsin tam həyati harmoniyasını təmin etmək üçün onun bədəni, zehni və emosiyaları üzərinə diqqəti yönəltməyə əsaslanır.

“İnsanlar uzun müddət yaşayırlar və onlar öz fəaliyyətlərini gənclikdə olduğu kimi saxlamağa ehtiyac duyurlar. Əsas məqsədimiz bədənin bütün hüceyrələrinin bir-biri ilə harmoniyada olduğu, həyat enerjisi ilə dolu və tam funksional gümrah bədənlə təmin etməkdir.  Bu, bizim qürur, peşəkar qayğı və komanda ruhu ilə həyata keçirdiyimiz  məqsəddir” - doktor Anri Şeno

İllər boyunca bu prinsip qısa müddətdə tətbiq olunan güclü müalicə protokollarının unikal təsirini yaratmağa imkan verib. Bu unikal metodlar bədəni toksinlərdən təmizlənmək, qidalandırıcı maddələri mənimsəmək, tonus və enerji səviyyəsini artırmaq və uzunmüddətli fizioloji faydaları balanslaşdırmaq üçün stimulyasiya edir. Bu nəticələr həyat tərzini fərdi ehtiyaclara uyğun olaraq dəyişdikdə daha effektiv olur.

Düzgün diaqnoz, çox mühüm hərtərəfli yanaşmadan sonra təyin olunur və bu da qonaqların fərdi gümrahlığı barədə məlumatlı olmağa imkan verir. Bunun əsasında fərdi müalicə planı hazırlanır. Nəzərdə tutulan müalicə prosedurları orqanizmi öz daxili müalicəsini əmələ gətirməyə sövq edir və enerjililik, funksionallıq, daxili harmoniya ilə özünü göstərir.

Qonaqları bu gümrahlaşma yolunda daxili tibb, kardiologiya, idman gümrahlığı, enerjiverici proseduralar, akupunktura, estetik tibb, qidalanma, osteopatiya, fizioterapiya və fitness üzrə Avropanın yüksək səviyyəli tibbi mütəxəssisləri müşayiət edir. Komanda aktiv olaraq dünyanın ən tanınmış beynəlxalq tibbi konqreslərində təqdim olunan ən son tədqiqatlarda iştirak edir və yenilikləri öyrənir.

Metodun ayrılmaz hissəsi olan Şeno pəhrizi göstərir ki, fərdi gümrahlıq yalnız ən yaxşı inqredientlərdən asılı deyil, bu, eləcə də kalori sıxlığından, qida dəyərindən, unikal hazırlanma üsulu və zərif dad və incə təqdimatı özündə birləşdirən bişirmə prosesindən asılıdır. Pəhriz, orqanizmin təmizlənməsi və balanslaşdırılması üçün çox mühüm əhəmiyyətə malikdir. O, yaşlanmaya və iltihaba qarşı fəaliyyətə malik hüceyrələrin bərpasını stimulyasiya edir. Pəhriz və müalicə prosedurlarının kombinasiyası daxili və xarici gümrahlığı təmin edir. Qonaqlar təqdim edilən gündəlik həyatda qidalanma ilə bağlı təkliflər hər kəsə uzunmüddətli gümrahlıq təmin edən daha sağlam həyat tərzi əldə etməyə kömək edir.

26 hektarlıq nəhəng park: Nohur gölü, hovuzlar, həmçinin şəlalələrdən ibarət gözəl mənzərə təqdim edir. Qəbələ mənzərəsinin bəxş etdiyi rahatlıq hissi insanları gəzintilərə çıxmaq və qaçış kimi fiziki hərəkətlər etməyə həvəsləndirərək həyat enerjilərini artırmağa sövq edir. Açıq hovuz mükəmməl bir rahatlıq ab-havası yaradır.

Təbii material və rənglər sayəsində “Chenot Palace Health Wellness Hotel”-i onu əhatə edən təbiət ilə harmoniya ilə uyğunlaşır. Onun axıcı formaları və işıqları harmoniya və rahatlıq hissi bəxş edir. İnteryer dizayn, hətta onun ən kiçik detalları belə təbiətdən ilhamlanıb: böyük pəncərələr mənzərəli görünüş ilə təmin edir, təbii ağacdan hazırlanmış döşəmələr və sadə dizayn olunmuş mebel yüngüllük hissi verərək mülayim, qayğıkeş və ilhamverici bir atmosfer yaradaraq  qonaqların tam rahatlığını təmin edir.

Hər bir pəncərə, eyvan və terrasdan açılan zərif və heyranedici görünüş 72 otaq və şəxsi SPA mərkəzi olan 3 villanın xarici və daxili sahəsini birləşdirir.

Dövrümüzdə dəbdəbənin əsas mahiyyətinin fiziki və zehni gümrahlıq ilə heç bir əlaqəsi yoxdur. Lakin, həyatımızın keyfiyyətini və orqanizmimizin funksionallığını uzunmüddətli bərpa etmək imkanımız var. Buna görə də, öz gümrahlığının qayğısına qalan və sağlamlığını uzunmüddətli yaxşılaşdırmaq istəyən hər bir kəs ideal istirahət və gəncləşmənin mükəmməl harmoniyasını təmin edən “Chenot Palace Health Wellness Hotel”-ə güvənə bilər.

Birincilər sırasında olun 

Qarşıdan gələn açılışla əlaqədar olaraq “Chenot Palace Health Wellness Hotel”-in qonaqlarına unikal imkan təqdim edilir – xüsusi təklif SOFT OPENING proqramı.

Təklifə daxildir:

- boş otaqlar mövcud olduğu halda, yüksək kateqoriyalı otağın ödənişsiz verilməsi.  

- boş otaqlar mövcud olduğu halda, gec çıxma prioriteti. 

- proqramlara 20% güzəşt.

- Chenot məhsullarına 10% güzəşt.

- Otaqlara eksklüziv qiymət bir və ya iki yerli bir gecələmə 241 avrodan başlayan qiymətlərlə.    

 Həmçinin 7 gecə bron et, 6 gecəni ödə (yalnız otaqlara şamil olunur), 5 gecə bron et, 4 gecəni ödə (yalnız otaqlara şamil olunur).  

Bu kampaniya 31 dekabr 2016-cı ilədək qüvvədədir.

Tariflər Chenot qrupunun əlavə  güzəştlərinə tətbiq olunmur.  

Sifarişlər 2016-cı i1in dekabrın 1-dən qəbul edilir.

Bron və əlavə məlumat əldə etmək üçün:

[email protected] və ya  (+994 50) 290-28-78.

http://www.chenotpalace.com/en

reklam hüququnda 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.