Plastik qablaşdırmada su alarkən mütləq altına baxmaq lazımdır. Bu qabların altında adətən kiçik PET yazısı olur. Belə qabların ikinci dəfə istifadə olunması insan orqanizminə ziyandır.
1news.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, əgər arxasına PET yazılmış butulkaya ikinci dəfə öz suyunuzu töksəniz, onda orqanizminizə bəzi qələvi maddələr, ağır materiallar və olduqca çox miqdarda bakteriyalar daxil ola bilər ki, bu da insanın hormonal balansına təsir göstərir.
Amma təəssüf ki, belə qablardan çox insanlar ikinci dəfə istifadə edir.
Nəzərə alaq ki, belə suları uşaqdan böyüyə hamı içir. İnsanlar bu haqda məlumatsız ola bilər. Maraqlıdır ki, niyə bəzi istehsalçılar öz məsuliyyətlərini yerinə yetirmir? Çünki bəzi butulkaların altında PET işarəsi qoyulmur.
Mövzu ilə bağlı daha ətraflı məlumatı videomaterialdan əldə edə bilərsiniz:
1news.az
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/xmYpsngJXJc" frameborder="0" allowfullscreen></iframe>