“Bakı Metropoliteni”ndən müraciət
01 dekabr, 2016 19:18
“Bakı Metropoliteni” son günlər metroda intihar cəhdləri ilə əlaqədar vətəndaşlara müraciət edib.
1news.az lent.az-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev son iki gündə metroda ikinci intihar cəhdinin qeydə alınmasının narahatlıq yaratdığını söyləyib:
“Hər iki hal yalnız və yalnız maşinistlərimizin sayıqlığı nəticəsində faciə ilə nəticələnməyib. Vətəndaşlar öz həyatları ilə bərabər, maşinistlərin həyatı üçün də təhlükə yaradırlar. Eyni zamanda belə hadisə zamanı metrodan istifadə edən yüzminlərlə sərnişin də böyük narahatlıq keçirir, gecikmələr yaranır.
Vətəndaşlardan öz həyatlarına və ətrafdakı insanların həyatlarına diqqətlə yanaşmağı xahiş edirik”.
1news.az