Xəbərlər

Səlim Müslümov: “Pensiya sistemi dəyişəcək”
01 dekabr, 2016 15:51

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meylləri əhalinin məşğulluğunun və sosial vəziyyətinin səciyyələndirən göstəricilərin, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi gözlənilir”.

1news.az modern.az-a istinadən xəbər verir ki, bunu 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir ölkədə pensiya alan əhalinin sayını da açıqlayıb:

“Hazırda ölkədə sosial-müdafiə sistemi vasitəsi ilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanların Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri vasitəsi ilə aldıqları vəsaitin həcmi hər ay təqribən 316 milyon manat təşkil edir”.

S.Müslümov bildirib ki, sosial-müdafiə sisteminin avtomatlaşdırılması, əmək müqavilələrinin elektron qeydiyyat bazasının, eləcə də avtomatlaşdırılmış ünvanlı sosial yardım, əlillik və pensiya təyinatı sisteminin formalaşdırılması ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasında həlledici rol oynayıb. Bu, vəsaitlərin istifadəsində səmərəliliyin artırılması vəzifəsinin yerinə yetirilməsinə imkan verib:

“Belə bir şəraitdə Dövlət Sosial Müdafiə Fondunun 2015-ci və 2016-cı ilin ötən dövrü üzrə büdcəsinin icrasının nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meylləri, sığorta pensiya sisteminin əsas parametrlərinin dəyişməsi göstəricilərinə istinad olunaraq tərtib edilib”.

Nazir vurğulayıb ki, 2016-cı ilin 10 ayı ərzində Fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 200 mln manat artaraq 2 mlrd. 631 mln. manata çatıb:

“Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% və ya 81 milyon manat artaraq 1 milyard 534 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,2%-ni və ya 985 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% və ya 42,3 mln. manat çoxdur. Hesabat dövründə daxilolmaların səviyyəsi Fondun xərclərinin 98,2%-ni təşkil edən pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşməsinə imkan verib”.

Nazir onu da qeyd edib ki, 2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.