Azərbaycan Avropa Şurasının konvensiyasına qoşulub - FOTO
01 dekabr, 2016 13:16
Avropa Şurasına üzv ölkələrin idmana məsul nazirlərinin Macarıstanın Budapeşt şəhərində keçirilmiş 14-cü konfransı başa çatıb.
1news.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, konfransda nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti də iştirak edib.
Konfrans çərçivəsində nazir Azad Rəhimov “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atıb.
1news.az