Xəbərlər

Bakıda keçiriləcək Formula-1-in adı dəyişdirildi
30 noyabr, 2016 23:34

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Formula-1 üzrə dünya çempionatının 2017-ci il üçün təqvimini təsdiqləyib.

1news.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilmiş FİA Baş Assambleyasının iclasında qərar verilib.

Bakıda keçiriləcək mərhələnin adı Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlandırılacaq. Bu, gələn il iyunun 18-də deyil, iyunun 25-də keçiriləcək.

Bu addım Qran Prinin “24 saat Le Man” marafonu ilə üst-üstə düşməməsi üçün atılıb. Almaniya Qran Prisi təqvimdən çıxarıldığından, növbəti mövsüm ümumilikdə 20 mərhələdən ibarət olacaq. Sinqapur və Malayziya mərhələləri isə təqvimin ilkin versiyası ilə müqayisədə yerlərini dəyişib.

Növbəti mövsümə 2017-ci il martın 26-da Avstraliyada start veriləcək. Çempionun adı isə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə müəyyənləşəcək.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.