Xəbərlər

Hacı Şahin: “Dini düşüncənin islahata ehtiyacı var”
29 noyabr, 2016 22:00

“Bu gün İslamın özünün deyil, dini düşüncənin islahata ehtiyacı var”.

1news.az Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), QMİ və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün “Milli-mənəvi dəyərlər və KİV” mövzusunda təşkil olunan treninqdə deyib.

O bildirib ki, uzun əsrlər boyu din adı ilə anladığımız qaydalar toplusunun dəyişməsinə, onlara yenidən baxışa ehtiyac var:

“İslam dinində iştihad konsepsiyası var. İştihad dinin zamana uyğunlaşdırılmasıdır. Bu uyğunlaşma da insan ləyaqəti prizmasından həyata keçirilməlidir. İslam dinində bir sabit və bir də dəyişən qayadalar var. Bəzi məsələlərə zamanın tələblərinə uyğun baxmağımıza ehtiyac var. Müasir din alimləri deyirlərki, elm tərəfindən qəti şəkildə təsdiq olunmuş məsələni din inkar edə bilməz.

Dində elmin izah edə bilmədiyi nəsə tapmaq olar, amma elm kəşf, möhkəm, tutarlı dəlillərə söykənirsə, dində elmə zidd bir məsələ tapa bilməzsiniz. Heç kim İslamda ağıla və elmə zidd hər hansı höküm tapa bilməz. İslamda hər hansı bir yenilk inkişafa səbəbdirsə, qəbul olunur. İslam dini gəldikdən sona geridə qalmış bir milləti ən mütərəqqi millətlərdən birinə çevirə bildi. Ona görə ki, islam inkişafa zəmin yaratdı”.

Ş.Həsənlinin sözlərinə görə, bu gün inkişaf konsepsiyası düşünərkən dinimizdən yaradıcı, inkişafa təkan verən bir amil kimi faydalana bilərik:

“Bu gün qərbin rastlaşdığı bir çox problemlərdən sığortalanmaqla yeni bir inkişaf modeli ortaya qoya bilərik”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.