Bakıda dəhşətli faciə: ata,ana və iki uşaq yanaraq öldü
29 noyabr, 2016 09:19
Bu gecə Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış (Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.
1news-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları - 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlu da yanaraq ölüblər.
Yanmış meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb.
1news.az