Dünən axşamdan etibarən Azərbaycanda əsas gündəm Tarif (qiymət) Şurasının təbii qaz, elektrik enerjisi və digər kommunal xidmətlər bağlı etdiyi qiymət dəyişikliyidir.
1news.az xəbər verir ki, vətəndaşlar yeni tarifə əsasən daha çox qənaət etmək məcburiyyətində qalacaq.
Qısaca belə desək, gələn ilin yanvarın 1-dən etibarən vətəndaşlar aylıq elektrik enerjisinin 250 kilovat-saatına qədər 7 qəpik, bundan sonra istifadə edəcəyi hər kilovat-saata görə isə 11 qəpik ödəcəyək.
Təbii qaz isə illik hesablanacaq. Bir il üçün hər kubmetri 10 qəpikdən 1500 kubmetr limit olacaq. Bu limit bitəndən sonra, hər kubmetr 20 qəpikdən hesablanacaq.
Vəziyyət belə olan halda bir çoxlarını dünya ölkələrindəki qiymətlər də maraqlandırır. Müqayisə üçün qısa bir araşdırma apardıq və aşağıdakı nəticə ortaya çıxdı:
Təbii qaz – 1 kubmetr üçün qiymətlər
Rumıniya – 4,9 qəpik
Türkiyə - 7,4 qəpik
Xorvatiya – 8,5 qəpik
Slovakiya – 9,3 qəpik
Estoniya – 9,5 qəpik
Bolqarıstan – 10,2 qəpik
Almaniya – 11,8 qəpik
Hollandiya – 15 qəpik
Portuqaliya – 15,5 qəpik
İspaniya – 16,6 qəpik
İtaliya – 17,7 qəpik
Danimarka – 19,7 qəpik
Yunanıstan – 19,7 qəpik
İsveç – 23 qəpik
Elektrik enerjisi – 1 kilovat saat üçün qiymətlər
Bosniya və Hersoqovina – 14,6 qəpik
Bolqarıstan – 17,5 qəpik
Türkiyə - 26,8 qəpik
Avstriya – 36,9 qəpik
Portuqaliya – 37,6 qəpik
İsveç – 38 qəpik
İspaniya – 41,6 qəpik
İrlandiya – 41,8 qəpik
İtaliya – 42 qəpik
Almaniya – 49 qəpik
Danimarka – 54,2 qəpik
Cənubi Kipr – 54,3 qəpik
Belçika – 40,5 qəpik
Qeyd edək ki, bunlar son açıqlanan hesabatlara əsasən adları qeyd edilən ölkələrdir. Rəqəmlər dəyişə bilər.
Ola bilər ki, başqa ölkələrdə daha ucuz və daha baha qiymətlər mövcuddur. Lakin, hələlik onlar əlçatan olmadığı üçün materialda qeyd edilməyib.
Fərid Ədalət