Xəbərlər

Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub
29 noyabr, 2016 15:35

Noyabrın 29-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Belarus dövlətinin başçısına Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir. Bu baxımdan, Mərkəzin həyata keçirdiyi layihələr, burada təşkil edilən mühüm beynəlxalq tədbirlər barədə məlumat verilib.

Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olan Aleksandr Lukaşenkoya məlumat verilib ki, Muzey təşkil olunarkən Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey, həmçinin Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan, interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyətə malikdir.

Belarus Prezidenti Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə, Heydər Əliyevin digər dövlət başçıları, o cümlədən Aleksandr Lukaşenko ilə keçirdiyi görüşlərə dair materialların yer aldığı “Beynəlxalq əlaqələr” bölməsinə baxıb.

Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin çoxəsrlik tarixi, mədəni irsinə dair eksponatlar nümayiş olunur.

Belarus Prezidenti “Mini Azərbaycan” sərgisi ilə tanış olarkən qeyd edilib ki, bu ekspozisiyada Bakıdakı və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş olunur. Sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır.

Sonra Belarus dövlətinin başçısı Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” ilə tanış olub. Diqqətə çatdırılıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Belarus Prezidentinə, həmçinin Mərkəzin binası barədə məlumat verilib. Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil edilib. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var.

Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzinin xatirə kitabında ürək sözlərini yazıb.

Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim edilib.

AZƏRTAC

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.