Xəbərlər

“Süni mayalanma ilə doğulan uşaqların problemləri daha çox olur” – AÇIQLAMA
29 noyabr, 2016 14:02

“Süni mayalanma ilə uşaqlar doğularkən mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə nəzərə almalıdır ki, uşaqların sayı bir və ya iki (əkiz) olmalıdır”.

1news.az lent.az-a istinadən xəbər verir ki, bunu respublikanın baş pediatrı Nəsib Quliyev K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunda “Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

N.Quliyevin sözlərinə görə, süni mayalanma gerçəkləşdirən bəzi mütəxəssislər özünü sığortalamaq üçün bir neçə mayalanmış yumurtanı uşaqlığın selikli qişasına inplantasiya edir:

“Mütəxəssis hamiləliyin baştutma reallığının yüksək olması və aldığı pulu sonradan geri qaytarmaq məcburiyyətində olmasın deyə bunu edir. Ancaq süni mayalanma ilə uşaqlar doğularkən mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə nəzərə almalıdır ki, uşaqların sayı bir və ya iki (əkiz) olmalıdır. Çünki bundan çox olmaz”.

Son illər Azərbaycanda süni mayalanma hallarının sayında artım olduğunu qeyd edən N.Quliyevin bildirdiyinə görə, bəzən elə hallar olur ki, bir qadına qoyulmuş bütün yumurtalar inkişaf etməyə başlayır və çoxdöllü hamiləlik yaşanır:

“Yumurta bətn daxilində olarkən mütəxəssislər müəyyən metodlar vasitəsilə mayalanmış yumurtanın bir qismini reduksiya etmək mümkündür. Lakin bunu da etmirlər”.

Çoxdöllü hamiləliyin həm ana, həm də uşaq üçün böyük risk faktoru olduğunu vurğulayan baş pediatr bildirib ki, əslində çoxdöllü hamiləlik ən yuxarı (üçüncü) səviyyəli doğuşayardım müəssisəsində həll olunmalıdır:

“Çünki bu, çox risklidir. Uşaq həkimləri olaraq süni mayalanma zamanı hamiləliyin ya tək, ya da əkiz olmasının tərəfdarıyıq. Əgər ana süni mayalanma zamanı beşəm dünyaya gətirəcəksə, burada ilk gündən risk faktoru meydana çıxır. Və hamiləliyin ilk həftəsində döllənmiş embrionların hamısı inkişaf etməyə başlayan andan mütləq tədbir görülməlidir. Bunu etmədikdə nəticə ürəkaçan olmur. Süni mayalanma ilə doğulan uşaqların sağlamlıq problemləri və onlarla olan risk faktorları digər uşaqlara baxdıqda daha yüksək olur. Yəqin ki, bu məsələ zaman keçdikcə daha təkmilləşdiriləcək”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.